• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1238
— 19.12.2023 10:34

Artıq çəki

Artıq çəki günümüzün ən böyük problemlərindən biri olmağa davam edir. Müxtəlif xəstəliklər də həmçinin artıq çəkiyə gətirib çıxara bilər. Amma ən əsas faktor qidalanma ilə bağlıdır. 

Rüxsarə Quliyeva- Endokrinoloq: “Piylənmə xroniki xəstəlikdir. Qida qəbulu və onun orqanizmə yığılan enerjinin parçalanması arasında yaranan disbalans nəticəsində əmələ gəlir”.

Surə​ Əliyeva- artıq çəkidən əziyyət çəkən şəxs: “Mən, artıq çəkidən əziyyət çəkirəm, pilləkənləri çıxıb-düşəndə tənginəfəs oluram və çox yol gedəndə özümü narahat hiss edirəm”.

Vasif İbrahimov - artıq çəkidən əziyyət çəkən şəxs: “Mən, artıq çəkidən əziyyət  çəkirəm, ayaqlarım işləmir”.

Aclıq dərmandır, xəstəlik isə üst-üstə yeməkdir. Gəlin, nəfsimizə hakim olaq ki, sağlamlığımız daim olsun.

Leyla Əliyeva

ƏTRAFLI...