• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1438
— 20.12.2023 09:07

Sərxoş sürücü qəza törədib

KepezTV Player

Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsində “BMW” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirib. Avtomobil əvvəlcə yol kənarında olan ağaca çırpılıb. Zərbənin gücündən ağac kökündən çıxaraq yerə düşüb. Daha sonra “BMW” Muzey Mərkəzinin pilləkəninə dəyərək aşıb. Sürücü bədən xəsarətləri alıb. Səbail Rayon Polis İdarəsinin əməkdaşları onun sərxoş olduğunu bildirib. Fakt araşdırılır.