GDU-nun İdman klubunda 10 idman növü üzrə 17 komanda fəaliyyət göstərir. 300-dən çox tələbənin cəlb olunduğu klubun təmsilçiləri spartakiadalarla yanaşı, şəhər və respublika yarışlarında da təmsil olunurlar.
Xaqani Umudov- GDU-nun idman klubunun sədri: “Misal üçün demək istərdim ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Ali və Orta ixtisas müəssisələri arasında 10 idman növü üzrə yarışlar keçirildi. Və bu yarışda komandalarımızın böyük əksəriyyəti birinci yer qazanmaqla ümumi Spartakiadanın nəticəsinə görə Gəncə Dövlət Universiteti 1-ci yerə layiq görüldü”.
Həmin uğurda voleybol bölməsinin də payı var. Bölmənin həm qızlar, həm də oğlanlardan ibarət komandaları nailiyyətlər əldə etməyə müvəffəq olublar.
Minayə Zeynalova- tələbə: “Boş vaxtlarımızda bu məşqlərdə iştirak edirik, bizim üçün çox faydalı olur. Bizim üçün - sağlamlığımız üçün çox yaxşıdır. Bizim çox nailiyyətlərimiz olub. Universitetdə hər cür şərait yaradılıb”.
Eyni zamanda şahmat bölməsində çıxış edən tələbələr fərdi və komanda yarışlarında müvəffəqiyyət əldə ediblər. İdman klubunun mini-futbol komandasında isə 80 tələbə məşqlər edir.
Eltun Əliyev- tələbə: “Bütün məşqlərdə iştirak edirik. Bizim üçün çox faydalıdır. Dərslərimizə maneəçilik törətmir və bütün pis vərdişlərdən uzaq oluruq. Məşqlərimiz ciddi şəkildə davam edir”.
Tural Əliyev- məşqçi-müəllim: “Şəhər, respublika və Qərb-Aran zonası üzrə keçirilən yarışlarda, turnirlərdə komandamız müntəzəm olaraq hər il iştirak edir. Rəhbərlik etdiyim dövrdə GDU-nun komandası 25 dəfə şəhər çempionu olmuşdur. 13 dəfə Qərb-Aran zonasının çempionu olmuşdur, və bununla bərabər respublikada 4 medalımız var. Yaxın gələcəkdə, bizi müntəzəm olaraq hər il keçirilən Respublika birinciliyi gözləyir. Komandamız ora hazırlaşır. İnaşallah, orada da yüksək nəticə əldə edərik”.
İdman klubu bu tədris ilini də uğurlarla başa vurmaq üçün müxtəlif səviyyəli yarışlara səylə hazırlaşır.
Ramin Paşayev
- Baxış: 212