• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 14.12.2023 09:22

Ətraf səs-küyü boğa bilən naqilsiz qulaqlıq

Redmi şirkəti “Buds 5 Pro” naqilsiz qulaqlığını təqdim edib. Bu yeni naqilsiz qulaqlıq adi “Redmi Buds 5”-dən həm xarici görünüşcə, həm də texniki özəlliklər baxımından tamamilə fərqlənir. “Redmi Buds 5 Pro” qulaqlıqlarında 10 və 11 mm-lik hibrid audio drayverlərdən istifadə edilir. Qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyirlər və bu funksiya sayəsində onlar ətraf səs-küyü 52 dB-ə (desibel) kimi boğa bilirlər.

Səsin ötürülməsi zamanı keyfiyyətin itməməsi üçün qulaqlıqlar həmçinin LHDC 5.0  LHDC Lossless audio kodeklərini dəstəkləyirlər. Redmi Buds 5 Pro bir dəfə şarj olunandan sonra 10 saat ərzində çalışa bilir. Şarj keysi sayəsində isə bu göstərici 38 saat təşkil edir. Redmi sözügedən qulaqlıqlarda sürətli şarj texnologiyasının dəstəyini reallaşdırıb. Sürətli şarj texnologiyası vasitəsilə 5 dəqiqəlik şarj sonrası qulaqlıqlar 2 saat ərzində çalışa bilirlər. Redmi Buds 5 Pro-nun qiyməti 56$ təşkil edir.