• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1049
— 13.12.2023 19:45

Gəncənin qadınlardan ibarət voleybol klubu qalib gəlib

KepezTV Player

Qadınlardan ibarət voleybol komandalarının Azərbaycan çempionatının Yüksək Liqasında II dövrəyə start verilib. 6-cı turun oyunları çərçivəsində "Gəncə" klubu doğma meydanda Milli Aviasiya Akademiyasının komandasını qəbul edib. Yerli kollektivin üstünlüyü şəraitində keçən oyunda gəncəli xanımlar rəqib üzərində 3:1 hesabı ilə qalib gəliblər. Bu, "Gəncə"nin cari mövsümdə yerli publika önündə ilk qələbəsi olub. Növbəti turda "sarı-göylər" dekabrın 19-da Bakıda çempionatın lideri "Azərreyl"in qonağı olacaqlar. Hazırda Nizami yurdunun təmsilçisi turnir cədvəlində 6 xalla 4-cüdür.