• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1100
— 13.12.2023 16:13

Yankoviç: "Bizi vacib qarşılaşma gözləyir"

KepezTV Player

"Bizi vacib qarşılaşma gözləyir. "Hakken"lə oyuna tam hazırıq". Bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç İsveç klubuna qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib. 28 yaşlı yarımmüdafiəçi istədikləri nəticəni qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb. O, hava şəraitinin pis olmasına da toxunub: "Bizə problem yaratmayacaq. Sabah əlimizdəki fürsətdən istifadə etmək və bacarığımızı meydanda nümayiş etdirmək istəyirik", - deyə Yankoviç əlavə edib.