• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1326
— 13.12.2023 11:56

Oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

KepezTV Player

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin oktyabr ayında quldurluq etdiyinə görə saxlanılan Ümid Məmmədovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayət əməli də aşkarlanıb. Araşdırmalar zamanı məlum oub ki, Ü. Məmmədov 2019-cu ilin oktyabr ayında digər həmyerliləri İftixar Qurbanov və Vüsal İsgəndərli ilə cinayət əlaqəsinə girərək, rayonun Qızılhacılı qəsəbə sakininin evinə qeyri-qanuni yolla daxil olublar. Oradan içərisində 6450 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi və təhlükəsizilik kamerasının yaddaş qurğusunu oğurlayıblar. Dindirilmə zamanı şübhəli şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.