• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1267
— 13.12.2023 09:45

“Samsung”dan titan korpuslu yeni model

“Samsung Galaxy S24 Ultra” smartfonunun xüsusiyyətləri açıqlanıb. Məlumata görə, o, titan korpuslu və yeni kamera ilə istehsal olunacaq. Bildirilir ki, seriyanın ən bahalı modelində 50 meqapiksel təsvir ölçüsünə və beşqat optik “zoom”a malik yenilənmiş telefoto obyektiv, yeni soyutma sistemi və Wi-Fi 7 rabitə standartı dəstəyi olacaq.

O da qeyd edilib ki, “Galaxy S24 Ultra”nın “Galaxy S23 Ultra”dan ciddi şəkildə fərqlənməyəcəyi bildirilir. Beləliklə, yeni flaqman hələ də Quad HD təsvir ölçülü və 120 hers tezliyə malik 6,8 düymlük displey, 12 giqabayt operativ yaddaş və 5000 milliamper-saat tutumlu akkumulyatora sahib olacaq. Bununla yanaşı, ən azı ABŞ- da seriyanın bütün modelləri – “S24”, “S24 Plus” və “S24 Ultra” - Smart Transit funksiyası ilə Qualcomm-dan modem alacaq. Qurğu süni intellektlə işi dəstəkləyəcək. “Samsung” flaqmanlarının təqdimatı yanvar ayında baş tutacaq.