• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2184
— 11.12.2023 19:53

Hindistanlı şahmatçı "Vüqar Həşimov Memorial-2023"ün qalibi olub

KepezTV Player

İlk dəfə Qəbələdə təşkil edilən şahmat üzrə "Vüqar Həşimov Memorial-2023” superturnirinə yekun vurulub. Heydər Əliyev Konqres Mərkəzində şahmatçılar bu gün 18 blits partiyada mübarizə aparıb. Rapid və blits yarışının yekun nəticəsində ümumilikdə 22 xal toplayan Hindistan təmsilçisi Vidit Santoş Qujrati turnirin qalibi adını qazanıb. Digər hindistanlı Arjun Eriqaisi 2-ci, Riçard Rapport 3-cü olub.