• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 973
— 11.12.2023 16:20

Kafedə yanğın olub

KepezTV Player

Bakının Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən ictimai iaşə obyektində yanğın olub. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 250m² olan kafenin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində mətbəxin taxtadan ibarət arakəsmə divarı və dekor 6m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin alçıpandan ibarət tavanı 4m² sahədə yararsız hala düşüb. Kafenin böyük hissəsi və mənzillər yanğından mühafizə olunub.