• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 10.12.2023 19:39

Minik avtomobili aşıb, xəsarət alanlar var

KepezTV Player

Oğuzda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza Oğuz-Kərimli-Yevlax avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində olub. Nəticədə avtomobildə olan iki nəfər, Kəlbəcər rayon sakini Sadiq İsmayıl oğlu Əhmədov və Oğuz rayonu Padar kənd sakini Ruslan Qənimət oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılar ilkin yadım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.