• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2042
— 09.12.2023 12:52

Tovuzda dəmir yolu xəttini müəyyən olunmamış yerdən keçməyə cəhd edən şəxs həyatını itirib

KepezTV Player

Bu gün gecə saat 1 radələrində “Azərbaycan Dəmir Yolları”na məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən Tovuzun Hacıhəsənli kənd sakini, 1998-ci il təvəllüdlü Eldəniz İsmayıl oğlu Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.