• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1011
— 08.12.2023 15:29

Çöl donuzu ovlayan şəxs saxlanılıb

KepezTV Player

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində rayon sakini E.Vəliyevin Günəşli kəndindəki meşəlik ərazidə axşam saatlarında qanunsuz çöl donuzu ovladığı müəyyən olunub. Ondan 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl donuzu aşkarlanıb. Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.