• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1298
— 08.12.2023 13:26

Prezident Avropa Şurasının Baş katibini qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Dövlət başçısı Azərbaycan ilə Avropa Şurası arasında çox sıx əməkdaşlığın formalaşdığını qeyd edib. Azərbaycan Prezident Administrasiyası və Ermənistan baş nazirinin Aparatı arasında qəbul olunan birgə bəyanata toxunan dövlət başçısı bildirib ki, bu, qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələr arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident Avropa Şurasının da iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə vermək üçün çox yaxşı platforma olduğunu diqqətə çatdırıb. Baş katib Mariya Peyçinoviç Buriç Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi istiqamətində atdığı addımları təqdir etdiklərini deyib. Qonaq Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb. Görüşdə mədəniyyətlərarası dialoq prosesində Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığa toxunulub, bu əməkdaşlığın davam etdirilməsinin önəmi qeyd olunub.