• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2096
— 08.12.2023 12:10

İki piyadanı maşın vurub

KepezTV Player

Ağstafada piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 57 yaşlı Aqilə Qasımovanı və 31 yaşlı Nəcmiyə Sədizadəni vurub. Hər iki piyada Ağstafa rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, onlara ilkin tibbi yardım göstərilib. Yaralılar sonradan Gəncədəki xəstəxanalardan birinə göndərilib. Faktla bağlı aradırma aparılır.

İqbal Namazov- həkim: “İki nəfər avtoqəza nəticəsində xəstəxanamıza daxil olmuşdur. Qasımva Aqilə Bəşir qızı 1966-cı il təvəllüdlü qapalı kəllə-beyin travması, sağ baldır sümüklərinin sınığı, Sədizadə Nəcmiyyə Natiq qızı 1992-ci il sol yuxarı ətrafın əzniyi və qapalı kəllə-beyin travması ilə. Hal-hazırda xəstələrin vəziyyəti stabildir. Həyatı təhlükələri yoxdur”.