• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1503
— 07.12.2023 16:13

Odlu silahlar polisə təhvil verilib

KepezTV Player

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir. Aparılan tədbirlər nəticəsində ötən gün şəhər sakinləri tərəfindən bir ədəd avtomat, bir ədəd daraq və 21 ədəd patron, eləcə də 6 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.