• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1387
— 07.12.2023 09:04

Ağdaş sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Ağdaş rayonunda 1968-ci il təvəllüdlü Hacıyev Araz Mahir oğlunun küt alətlə yetirilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən A.Hacıyevin qonşusu 1973-cü il təvəllüdlü Rüstəmli Rövşən Rüstəm oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. DİN-dən bildirilib ki, ilkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.