• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 912
— 05.12.2023 09:13

“AOC” 2 gaming monitorunu təqdim edib

“AOC” şirkəti “AOC Gaming CU34G2XP/BK” ilə yanaşı daha bir gaming monitorunu da təqdim edib. Söhbət, “AOC Gaming CU34G2XE/BK” adlı monitordan gedir. İkinci monitor birinci monitorun bir qədər sadələşdirilmiş versiyasıdır. Beləliklə “AOC Gaming CU34G2XE/BK” 144 Hz-lik təsvir yenilənməsinə sahib Wide Quad HD keyfiyyətli (3440x1440 piksel) 34 düym ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Üstəlik ekran HDR10 dəstəyini əldə edib. “AOC Gaming CU34G2XE/BK” özündə 1 ədəd HDMI 2.0 girişini, 1 ədəd DisplayPort 1.4 girişini və 3.5 mm-lik audiogirişi birləşdirir. Monitorun bu ayın sonuna kimi satışa çıxacağı bildirilir.