KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşları şəhər ərazisindəki köşklərdən nağd pul, tütün, energetik içkilər və digər satış mallarını oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıblar. Əvvəllər məhkum olunmuş Xalıq Məmmədov bu ilin noyabr ayında 2 köşkdən ümumi dəyəri 5 min manata yaxın müxtəlif əmtəə mallarını və nağd pul vəsaitlərini götürdüyünü etiraf edib. Fakt araşdırılır.
- Baxış: 244