• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 830
— 02.12.2023 11:58

İsmayıllı və Ağdaşda qanunsuz ağac kəsənlər məsuliyyətə cəlb olunublar

KepezTV Player

İsmayıllının Şəbiyan, Ağdaşın Pirəyir kəndi ərazisində polis əməkdaşları tərəfindən yaş halda olan ağacları kəsən şəxslər müəyyən edilib.  Onların barəsində protokol tərtib edilib və toplanmış materiallar qərar qəbul edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinə göndərilib.

Həmçinin, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları Gürcüva kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması faktını aşkar ediblər. Obyekt sahibi barəsində protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.