• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 30.11.2023 17:09

Zəncirvari qəza baş verib

KepezTV Player

Gəncədə, şəhərin Nizami Gəncəvi prospektində zəncirvari qəza olub. Hadisə şahidlərinin verdiyi məlumata görə, hərəkətdə olan VAZ 2106 markalı avtomobil qarşısında olan Azərpoçta məxsus "Lada Largus" markalı maşına çırpılıb. O isə dönmə əməliyyatını yerinə yetirən VAZ 2107-ə dəyib. Qəza zamanı "Lada Largus"da olan sərnişin - “Azərpoçt”un əməkdaşı, 1987-ci il təvəllüdlü Arzu Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparırılır.