• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 30.11.2023 09:19

Telefon soyuqda sönürsə, diqqət edilməli məqamlar

Telefonu soyuq havalarda istifadə etməyə çalışdığınız zaman cihaz fəaliyyətini müvəqqəti olaraq dayandıra bilər. Telefonun soyuq havalarda sönməsinin əsas səbəbi havanın aşağı temperaturu və onun batareyaya təsiridir. Şiddətli don litium ionlarının keçiriciliyinin azalmasına səbəb olur. Nəticədə, batareya gərginlik təchizatının öhdəsindən gələ bilmir. Bu səbəbdən, mobil cihaz sönür. Yalnız qadcet sahibi isti bir yerə daxil olduqdan sonra o, yanmağa başlayır. 

Ən yaxşı variant soyuqda mobil telefonunuzdan istifadəni dayandırmaqdır. Termometrlər 0 dərəcədən çox aşağıdırsa, çalışıb telefonu cibinizdən və ya çantanızdan çıxarmayın. Smartfonunuzun sönməsi riskini minimuma endirmək üçün izolyasiya edilmiş korpus almağınız məsləhətdir.