• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2280
— 29.11.2023 16:37

Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa ediliblər

KepezTV Player

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə aparılan tədbirləri nəticəsində qabaqcadan əlbir olan Salyan sakini Fəxrəddin Ağamalıyevin və Biləsuvar sakini Ülvi Əmirlinin 61 mindən çox qutudan ibarət tütün məmulatlarını aksiz markası ilə markalanmadan qanunsuz yolla əldə edib satış məqsədilə yaşayış ünvanlarında saxlamalarına şübhələr müəyyən edilib. Məmulatlar aşkar edilərək götürülüb. İlkin sübutlar əsasında Fəxrəddin Ağamalıyev və Ülvi Əmirli Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.