• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 895
— 29.11.2023 16:21

Qubada xeyli sayda sənədsiz silah-sursat polisə təhvil verilib

KepezTV Player

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Rayon sakini E.Mirzəyev yol kənarından tapdığı 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 30 ədəd güllə, 4 ədəd qumbara, 2 ədəd qumbara alışdırıcısı, “PK” pulemyot patronlarını üzərində saxlayan 1 ədəd sep və 1 ədəd patron qutusunu polisə təqdim edib. Başqa şəxsdən 1 ədəd ov tüfəngi də təhvil götürülüb.