• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1900
— 29.11.2023 11:49

Goranboyda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri Goranboyun Nadirkənd kəndində yerləşən fərdi sahibkar Cəfərova Məmləkət Əhəd qızına məxsus yanacaqdoldurma məntəqəsində yoxlama aparıblar. Məntəqənin işçi layihəsinin texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilmədiyi, istismar olunan tutumların texniki təhlükəsizlik sertifikatının olmadığı, dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi və işçi heyətin biliyinin yoxlanılmasının təşkil olunmadığı müəyyən edilib. Obyektin istismarı dayandırılıb və aktın bir nüsxəsi sahibkara təqdim edilib.