• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2022
— 27.11.2023 16:15

Sərhədi qanunsuz keçmək istəyən Pakistan vətəndaşı saxlanılıb

KepezTV Player

Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, Balakən rayonunun Yeni Şərif kəndi yaxınlığında 1994-cü il təvəllüdlü Pakistan vətəndaşı İqbal Syed Kashıf Azərbaycandan Gürcüstan istiqamətində keçmək istərkən saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.