• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1679
— 23.11.2023 13:58

"Hörümçək adam" - Bədii film

Adi məktəbli olan Piter Parker, qəribə bir mutant hörümçəyin onu dişləməsindən sonra özündə fərqlilik hiss etməyə başlayır. O, qeyri–insani güc və hərəkətlərində çeviklik, ən əsası da divarlara dırmaşmaq və polad tor atmaq bacarığının yarandığını kəşf edir. Qabiliyyətlərini zəiflərin müdafiəsinə yönəldən Piter, tezliklə cinayətkarlarla mübarizə aparan “Hörümçək adam” adlı superqəhrəmana çevrilir. Ancaq bir qəhrəmanın olduğu yerdə, gec-tez ona qarşı olan bir cani də ortaya çıxır...

Rejissor: Sem Reymi

Rollarda: Tobi Maquayr, Kristen Dants, Uilyam Defo, Ceyms Franko, Cey-Key Simmons, Elizabet Benks