• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 833
— 22.11.2023 10:27

Universitetə qəbul olmaq niyə çətindir?

Nəfəs almaq üçün havanı sevən və axtaran insan təhsili də sevir və axtarır. Bu axtarışların müsbət nəticəsini görmək isə daha çox uğur qazanmağa motivasiya tapmaq üçün vacib faktordur.

İndiki dövrdə fərdi müəllim yanına getmədən universitetə hazırlaşan və tələbə adını qazanan abituriyent tapmaq, demək olar ki, müşkül məsələdir. Hətta vəziyyət o yerə gəlib çatıb ki, uşaqlar məktəbə qədəmlərini qoymadan valideynləri onları fərdi hazırlığa göndərir. “Mənim uşağım filan müəllimin hazırlığına gedir”, “deyirlər, filan müəllimin zəif yazan abituriyenti olmayıb”, "hə, tanıyıram, əvvəllər mənim uşağım da onun yanına gedib...” Yəqin ki, hamının qulağı valideynlərin etdiyi bu söhbətlərə aşinadır. Müəllim axtarışına çıxan valideynlər, “onsuz da hazırlığa gedəcəyəm” psixologiyası ilə arxayın düşən uşaqlar. İndi isə bir gəncimizdən soruşaq görək, o, bu yolda hansı çətinliklərlə rastlaşıb?

Aygün Qurbanova- gənc: İnsanın istəyib, əldə edə bilmədiyi heç nə yoxdur. Güclü iradəyə sahib olan biri hər zaman öz yolunda qazancla addımlayar”.

Aygün düşünür ki, ötən illərlə müqayisə etdikdə, vətəndaşların təhsilə olan marağı artıb. Həmsöhbətimizin sözlərinə görə, əvvəllər olduğu kimi müasir dövrdə də repetitor yanına getmədən universitetə daxil olmaq mümkündür. Sadəcə müəyyən məqamlara diqqət yetirmək lazımdır:

Aygün Qurbanova- gənc: Kitablardan istifadə edərək özümü daha çox təkmilləşdirirəm. Bir gənc olaraq da, gənclərə tövsiyəm repititor yanına getməsələr belə, üzərlərində işləməlidir”.

Tellan Zeynalova

ƏTRAFLI...