• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2069
— 23.11.2023 09:16

Qonşular arasında mübahisə qətllə bitdi

KepezTV Player

Qazax rayonu Qazaxbəyli kəndi ərazisində qətl hadisəsi baş verib. Belə ki, dünən saat 20 radələrində Qazax Rayon Polis Şöbəsinə rayon sakini 1995-ci il təvəllüdlü Kənan Qəfərovun kəsici alətdən aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək, müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakini Rəşad Məhərrəmov aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Kənan Qəfərovun qarın nahiyəsinə bir neçə zərbə vurmaqla qətlə yetirib. Hər iki şəxs qonşu olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Rəşad Məhərrəmov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.