• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1175
— 23.11.2023 09:14

Mars süxur nümunələrinin “Yer”ə çatdırılması tam maliyyələşdirilir

ABŞ Nümayəndələr Palatası NASA-nın Mars Sample Return (MSR) adlı missiyasını tam şəkildə maliyyələşdirmək qərarını verib. Qeyd etmək lazımdır ki, sözügedən missiya Marsda Perseverance aparatı tərəfindən yığılmış süxur nümunələrinin Yer kürəsinə gətirilməsi üçün nəzərdə tutulub. Sözügedən missiyanın büdcəsi isə daha öncə düşünüldüyündən 3 dəfə daha çox təşkil edə bilər. NASA-nın MSR missiyasının büdcəsi ilk öncə 4 milyard dollar təşkil edirdi. Lakin kosmik agentlik təyin edilmiş büdcənin missiya üçün kifayət etmədiyi bir vəziyyətə gəlib çatıb. Nəticədə MSR missiyasının büdcəsi 11 milyard dollar və ya ondan daha çox təşkil edə bilər.

Məsələ burasındadır ki, ABŞ üçün bu mövzu prestij məsələsidir. Belə ki, Çin, Mars süxur nümunələrinin NASA-dan iki il daha tez Yer kürəsinə çatdırmağı hədəfləyib. Yəni 2031-ci ildə. Bu səbəbdən də ABŞ hökumətinin NASA MSR missiyasını maliyyələşdirməsindən başqa çıxış yolu yoxdur. ABŞ hökuməti missiyanın tam şəkildə maliyyələşdiriləcəyinə söz verib və 2024-cü il üçün NASA-ya lazım olan 1 milyard dollar vəsaiti artıq ayırıb. NASA isə öz növbəsində missiyanın qrafikinə yenidən nəzər yetirməli və öz partnyorları ilə daha diqqətli şəkildə çalışmalıdır. NASA sözügedən missiyanın reallaşdırılmasını artıq 2030-cu ilə təxirə salıb. Missiyanın reallaşdırılması hal-hazırda daha real görünür. Lakin buna baxmayaraq, texniki problemlər hələ də var.