• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1415
— 22.11.2023 09:16

Süni zəka vasitəsilə tərtib edilmiş videolar Youtube-da xüsusi olaraq işarələnəcəklər

Youtube istifadəçilər tərəfindən videoservisə yüklənən kontentlər ilə bağlı siyasətində dəyişikliklər etməyə hazırlaşır. Belə ki, istifadəçilər süni zəkanın istifadəsi ilə tərtib edilmiş video kontentləri Youtube platformasına yükləyən zaman onları xüsusi olaraq işarələməli olacaqlar. Bunun sayəsində digərləri tərəfindən izlənəcək bu cür kontentlərin süni zəka vasitəsilə tərtib olunduğu məlum olacaq.

Youtube bu yeni qaydaları yaxın aylar ərzində işə salmalıdır. Adi istifadəçilər nəticədə izlədikləri videonun əsl və ya süni zəka vasitəsilə tərtib olunduğunu anlaya biləcəklər. Youtube qeyd edib ki, siyasi seçkilər, dünyanın müxtəlif nöqtələrində baş verən konfliktlər, səhiyyə sahəsində böhran və ya dövlət rəsmilərinin müzakirəsi kimi mövzularda süni zəka tərəfindən tərtib edilmiş videoları əsl videolardan ayıra bilmək imkanı xüsusi olaraq vacibdir.

Bu yeni qaydalara riayət etməyəcək və süni zəka vasitəsilə tərtib edilmiş videoları xüsusi şəkildə işarələməyəcək istifadəçilər videoservis tərəfindən cəzalandırılacaqlar. Belə ki, həmin istifadəçilərin videoları Youtube-dan silinə, istifadəçilərin özləri isə videoservisin partnyorluq proqramından xaric oluna bilərlər. Nəticədə həmin istifadəçilər Youtube-da öz videolarını monetizasiya edə bilməyəcəklər. Xüsusi işarələnməyə gəldikdə isə o, həm videonun təsvir hissəsində həm də videonun özündə əks olunacaq.