• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1878
— 20.11.2023 09:23

“Windows” kompüterlərində yeni virus yayılır

İnternetdə Ghostpulse adlı yeni kompüter virusu yayılmağa başlayıb. Bu virus “Windows” vasitəsilə çalışan kompüterlərə yoluxur. Məlumata əsasən sözügedən virus məşhur tətbiqlərin MSIX quraşdırma faylları şəklində maskalanır. “MSIX Windows üçün nəzərdə tutulmuş tətbiqlərin paketlərinin formatıdır. Tərtibatçılar onu Windows istifadəçiləri üçün tətbiqlərin yayılmasında və quraşdırılmasında istifadə edirlər” - deyə, məlumatda qeyd edilib.

Bu cür formatda olan proqram təminatı çox sadə şəkildə quraşdırılır. Bunun üçün istifadəçinin sadəcə olaraq iki dəfə mouse düyməsinə klikləməsi lazımdır. Məhz buna görə MSIX kibercinayətkarlar üçün ideal alətdir. Lakin öz planlarını yerinə yetirmək üçün kibercinayətkarlar sözügedən formatın kod sertifikatını almalı və ya oğurlamalı olurlar. Sındırılmış saytlar, axtarış optimizasiyası üsulları (SEO) və online reklamlar vasitəsilə kibercinayətkarlar insanları zərərli MSIX paketləri yükləməyə və onları işə salmağa məcbur etməyə çalışırlar.

Bu cür zərərli MSIX paketlər  Chrome, Edge və Brave brauzerlərinin, Grammarly platformasının və digər məşhur tətbiqlərin yükləmə faylları kimi maskalanırlar. Paketin quraşdırılması prosesi isə ştat rejimində reallaşır. Yəni quraşdırılma prosesi çərçivəsində kompüter ekranında heç bir pəncərə əks olunmur. Halbuki, fonda Powershell skripti işə düşür və bunun sayəsində kompüterə Ghostpulse virusu yüklənir.