KepezTV Player
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində məişət tullantılarının atıldığı ərazidən müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan ərazidən 1 ədəd avtomat, 1 ədəd daraq və 17 ədəd patron aşkarlanaraq götürülüb. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər aparılıb. Nəticədə 6 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər. Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 201