• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 875
— 16.11.2023 09:19

Həyatı dəstəkləyə biləcək yeni planetlər aşkarlanıb

TESS kosmik teleskopu artıq qalaktikamızda müxtəlif növ, kütlə və ölçülərdə bir neçə min ekzoplanet aşkar edib. Astronomlar qrupu teleskop məlumatlarını təhlil edərək super Yerlər kateqoriyasına aid olan səkkiz yeni planetin müəyyən edildiyini açıqlayıb.

TESS teleskopu Günəş sistemimizdən kənarda olan planetləri axtarmaq üçün xüsusi hazırlanıb. Hazırda alimlər 400 planetin mövcudluğunu təsdiqləyiblər və daha 6000-ə yaxın obyekt ekzoplanet statusuna namizəd hesab olunur. Bu böyük siyahı arasında bir qrup alim Yerə bənzər ölçüdə səkkiz planet kəşf edib. Onların hamısı Yerlər sinfinə aiddir, yəni ölçüləri bir qədər böyükdür və kütlələri Yerin kütləsindən bir neçə dəfə çox ola bilər.