• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1941
— 14.11.2023 15:32

Ağdamda əkin sahəsində qəbir aşkarlanıb

KepezTV Player

Ağdamın Mirəşəlli kəndində əkin sahəsində qəbir aşkarlanıb. Kənd sakini Ceyhun Kərimovun əkin sahəsində traktorla şumlama işləri aparılarkən ərazidən böyük daş parçası çıxıb və onun məzara aid olduğu müəyyənləşdirilib. Ağdam rayonu icra başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhərrəm Əliyev bildirib ki, əraziyə hüquq mühavizə orqanları baxış keçirib. Ehtimal olunur ki, aşkar olunan qəbir eramızdan əvvələ aid uzunluğu 1.90 metr eni 0.60 metr olan antik qəbirdir.