• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1794
— 14.11.2023 11:30

Ağdaşda narkotik satan, oğurluq edən doqquz nəfər saxlanılıb

KepezTV Player

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvanda külli miqdarda narkotik saxlamaqda şübhəli bilinən  rayon sakini, əvvəllər məhkum olunmuş Səməd Abbasov saxlanılıb. Evindən 37 ədəd bükümdə ümumi çəkisi 2 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.

Polis narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 7 nəfəri də yaxalayıb. Onlardan heroin, marixuana və metamfetamin aşkarlanıb.

Bundan başqa, noyabr ayının əvvəllərində Pirəzə kəndində yerləşən mağazadan tütün məmulatlarını oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də bir neçə dəfə oğurluğa görə məhkum olunmuş Samir Babayev saxlanılıb. Araşdırma zamanı həmin şəxsin Ağsu rayonunda da oğurluq etdiyi müəyyən edilib. O, oğurladıqlarını paytaxta apararaq orada satdığını bildirib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.