• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1677
— 14.11.2023 09:41

Bakıda qətl törədən şəxs saxlanılıb

KepezTV Player

Noyabrın 12-də Binəqədi rayonu ərazisində 1999-cu il təvəllüdlü İzmir Savadovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub.