• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1488
— 14.11.2023 09:19

Telefonun enerjisi dolduqdan sonra etməli olduğumuz

Telefon enerji ilə tam dolduqdan sonra qadceti şarj cihazından ayırmaq lazımdır. Ancaq bu mərhələdə bir çox istifadəçi ciddi səhvə yol verir. Belə ki, onlar enerji təchizatını rozetkada qoyurlar. Smartfon sahibləri üçün bu, çox rahat hal olur. Növbəti dəfə cihaz axtarmaq lazım olmur. Ancaq bu hərəkət yanlış addımdır. Şarj alətinin rozetkada uzun müddət qalması həm “cib”inizə ziyandır, həm də bu hal təhlükəli vəziyyətə yol aça bilər.

Rozetə qoşulmuş şarj cihazı, smartfon artıq ondan ayrılsa belə, elektrik enerjisi istehlakını dayandırmır. Elektrik rozetkasında saatlarla qalan şarj cihazı çox enerji sərf edir. 

Ən təhlükəlisi isə, bu halda qısaqapanma baş verə bilər ki, bu da yanğına səbəb olar.