KepezTV Player
Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Əmirvar kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və bu zaman ağ torbaya bükülü silah-sursat aşkarlanıb. İlkin baxış zamanı silah-sursatın 1 ədəd Kalaşnikov markalı avtomat, həmin avtomata aid sandıq və 1 ədəd patron olması müəyyən edilib.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alaxançallı kənd sakinindən 1 ədəd müvafiq sənədləri olmayan, 16 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb. Götürülən hər iki silah müvafiq ekspertizaya təqdim olunub, faktlarla bağlı araşdırmalar davam etdirilir
- Baxış: 257