• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 828
— 07.11.2023 08:51

27 yaşlı qadın qətlə yetirilib, atası saxlanılıb

KepezTV Player

Masallı rayonu, Birinci Yeddioymaq kəndində 1996-cı il təvəllüdlü Fətullayeva Salatın Hüseyn qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-dən verilən məlumata görə, cinayət əməlini törətməkdə qadının atası - 1969-cu il təvəllüdlü Şükürov Hüseyn Qurban oğlu şübhəli bilinir. O, saxlanılıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Araşdırma aparılır.