• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 02.11.2023 12:11

Gəncədə bacısını öldürən qardaş saxlanılıb

KepezTV Player

Gəncədə Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın qətlə yetirilməsi ilə bağlı Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr müəyyən edilib. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub. Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. Hüseyn Abbasov mərhumun ata bir, ana ayrı qardaşıdır. O, illər əvvəl anasını da qətlə yetirib. Buna görə 15 il məhkumluq həyatı yaşayıb. 7 ay əvvəl azadlığa çıxıb və Bərdə şəhərində yaşayıb.