Video Player
  • KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 02.11.2023 11:51

Azərbaycan milli komandası dünya çempionatında bu gün növbəti oyununu keçirəcək

Video Player
KepezTV Player

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında bu gün növbəti oyununu keçirəcək. Yığma ¼ finalda Bolqarıstan seçməsi ilə üz-üzə gələcək. Ras Əl-Xayma şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21-də başlayacaq. Azərbaycan millisi qrupdakı hər üç oyununu qələbə ilə başa vuraraq, pley-offa maksimum nəticə ilə vəsiqə əldə edib. Yığma komanda 1/8 finalda isə Portuqaliyanı 3:0 məğlub edərək mübarizədən kənarlaşdırıb.