• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 02.11.2023 09:53

Mübahisə iki nəfərin ölümü ilə nəticələnib

KepezTV Player

Bakının Binəqədi rayonu, yeni yaşayış massivində evlərin birində 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanın qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1981-ci il təvəllüdlü Qədir Qasımovun aralarında yaranmış mübahisə zamanı Zülfiyyə Xamoyevaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Qədir Qasımov şübhəli şəxs qismində saxlanılıb.

Səbail rayonu, Puşkin küçəsi 4 ünvanında isə 1960-cı il təvəllüdlü Adil Xəlilovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1965-ci il təvəllüdlü Mərdan Əsədullayevin aralarında yaranmış mübahisə zamanı Adil Xəlilovun gicgah nahiyəsinə daşla zərbə vuraraq onu öldürməsinə şübhələr müəyyən edilib. Mərdan Əsədullayev tutulub.