• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 01.11.2023 12:16

Bakı və Gəncədə qanunsuz tikintilərin qarşısı alınıb

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı və Gəncədə qanunsuz tikintilərin qarşısını alıb. Nazirliyin məlumatına görə, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi və Gəncə ərazisində müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktları aşkar edilib. Müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.