• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 01.11.2023 12:12

İki avtomobilə naməlum şəraitdə zərər yetirilib

KepezTV Player

Bakının Nəsimi və Binəqədi rayonu ərazilərində müəmmalı hadisə baş verib. Nəsimidə 20 yanvar küçəsində yerləşən “Mercedes” markalı avtomobilin alın şüşəsində güllə izinə bənzər zədə düşüb. Eyni zədə Binəqədi rayonu Adil Məmmədov küçəsində yerləşən “Kia” markalı avtomobilin üzərində də aşkarlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Nümunələr götürülüb. DİN-dən bildirilib ki, hər iki rayonda park edilən iki avtomobilə yad cisimlə zərər vurulması üzrə daxil olan məlumat üzrə araşdırma aparılır. Avtomobillərə baxış keçirilib, müvafiq ekspertiza təyin edilib.