• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1597
— 01.11.2023 08:52

Xızıda silahlı şəxs saxlanılıb

KepezTV Player

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov AKS-74”markalı avtomat silah, 1 ədəd patron sandığı və 25 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxsin rayonun Giləzi qəsəbə sakini, əvvəllər oğurluq, xuliqanlıq və narkotikə görə məhkum olunmuş Ramil Vəliyev olduğu müəyyən olunub.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.