Avropa Komissiyasının təşəbbüsü və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşan İdman həftəsinin son günündə iştirakçılar velosiped və atletika yürüşündə qüvvələrini sınayıblar. Oktyabrın 28-dən start götürən tədbirdə 8 idman növündə yarışlar təşkil olunub və aikido seminarı keçirilib.
Nicat Həsənov- Gənclər və İdman Nazirliyinin nümayəndəsi: “Maraq çox yüksək səviyyədədir. Futbol yarışları 10-11 yaşlı idmançılar arasında təşkil olunmuşdur. Voleybolda 10-11-ci sinifdə oxuyan qızlardan ibarət komandalar yarışırdı. Aikido idman növündən seminar keçirildi. Ona da maraq çox böyük idi. Ümumiyətcə rayon əhalisinin marağı böyük idi”.
İdman həftəsində Respublikanın 14 şəhər və rayonundan ümumilikdə 748 nəfər iştirak edib. Yarışlar müxtəlif yaş kateqoriyalarında təşkil olunub. Tədbirin son günündə reallaşan atletika yürüşündə Gəncə təmsilçiləri uğurlu çıxışları ilə yadda qalıblar. Belə ki, finiş nöqtəsinə birinci çatan atlet gəncəli Ümid İbrahimov olub. Ağdaş təmsilçisi Nicat Mabudov ikinci, Nizami yurdunun digər nümayəndəsi Səməd Əhmədov isə 3-cü yerdə mövqe tutub. Qaliblərə medallar və qiymətli hədiyələr təqdim olunub.
Ramin Paşayev
- Baxış: 258