KepezTV Player
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Misir ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın 4:1 hesablı qələbəsi ilə bitib. Qolları dubl edən Rəvan Kərimov, Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar. Beləliklə, milli növbəti mərhələyə vəsiqəni təmin edib. Azərbaycan seçməsi ilk matçda İraqı 2:0 hesabı ilə üstələyib. Yığma oktyabrın 31-də Küveytlə qarşılaşacaq.
- Baxış: 219