KepezTV Player
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub. 1-ci turun sonuncu matçında “Gəncə” səfərdə “Sabah” ilə üz-üzə gəlib. Qarşılaşma paytaxt təmsilçisinin 115:74 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ən məhsuldar basketbolçular "Gəncə"dən 21 xal və 1 ribaundla Kenyon Dulinq, "Sabah"dan isə 24 xal və 7 ribaundla Artyoms Butyankovs olub. İkinci turda Nizami yurdunun təmsilçisi səfərdə "Xəzri" ilə qarşılaşacaq.
- Baxış: 237