• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1531
— 25.10.2023 19:41

“Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi başa çatıb

KepezTV Player

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Atatürk - 2023” birgə taktiki təlimi uğurla başa çatıb. Təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri cəlb olunub. Qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra edilib.